Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislər yeni “iPhone”nun kamerasının keyfiyyətini qiymətləndiriblər


Kameraların peşəkar müqayisəsi ilə məşğul olan “DxOMark” xidməti “iPhone XS Max” aparatının kamerasını digər qabaqcıl smartfonlarla müqayisə edib. “Apple”ın yeni smartfonu reytinqdə ikinci yeri tutub, ilk  pillədə “Huawei P20 Pro” aparatı yerləşib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mütəxəssislər “iPhone XS Max” aparatı üzərində aparılan foto sınaqların nəticəsinə görə parlaq işıq və avtofokus vaxtı çəkilmiş şəklin əla keyfiyyətini qeyd ediblər, lakin zum-obyektivin daha yaxşı ola biləcəyini nəzərə çatdırıblar. Videoçəkiliş üzrə sınaqlardan sonra mütəxəssislərin qənaətinə görə, aparat otaqda videoçəkiliş vaxtı ağ işıq balansını təhrif edir.
 
Yeni “iPhone” smartfonu 105 xal toplayıb və bu, “Huawei P20 Pro” qurğusunun göstəricisindən (109 xal) azdır.
 
Emil Hüseynov






05/10/18    Çap et