Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Taylandda baş vermiş daşqınlar sərt disk bazarına təsir edib


Taylandda hələ iyul ayında başlanmış daşqınlar sərt disk bazarına təsir edib. Bir neçə ay davam etmiş leysan yağışları Taylandda son yarım əsr ərzində ən güclü daşqına gətirib çıxarıb.

Təbii fəlakət nəticəsində təxminən 380 insan həlak olmuş; zərərçəkənlərin sayı 100 minlərlə hesablanır. İqtisadiyyata dəymiş zərər bir neçə milyard dollara çatıb və artmağa davam edir. Bu hadisələr fonunda sərt disk istehsalçıları məhsullarının qiymətini 20-40% artırıblar.

Bundan başqa, təbii fəlakət “DRAM” əməli yaddaş bazarında qeyri-sabitlik yaradıb. Müvafiq seqment artıq zəif tələbat və təkrar istehsaldan zərər çəkib, bu isə əməli yaddaş modulları qiymətlərinin üçüncü rübdə 50% düşməsinə səbəb olub. Daşqına görə, ehtimal ki, bu məhsulun qiyməti artmağa başlayacaq.




31/10/11    Çap et