Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Shuttle H7 5820S” işçi stansiyası 16 monitor dəstəkləyir


“Shuttle” şirkəti “İntel” platformasında hazırlanmış güclü “H7 5820S” stolüstü kompyuterinə sifarişlərin qəbuluna başlayıb.

Yenilik ikinci nəsil “Core i7” prosessoru ilə təchiz edilib; maksimal konfiqurasiya 3.33 QHz takt tezliyində işləyən 6 nüvəli “Core i7-980” çipindən ibarətdir. Əməli yaddaş tutumu 16 QB-a çatır; 2 TB tutumunda 2 sərt diskin quraşdırılması mümkündür. Optik sürücü (DVD və ya Blu-ray) var.

İşçi stansiyanın baza versiyasına təsviri 3 monitorda əks etdirməyə imkan verən 1 QB yaddaş ilə “Matrox M9138 LP” qrafik sürətləndiricisi daxildir.

Əlavə 2800 avro ödəməklə, hər birinin tutumu 2 QB olan 2 ədəd “Matrox M9188” videokartının quraşdırılmasını sifariş etmək olar. Bu, eyni zamanda təsviri 16 ekranda əks etdirməyə imkan yaradır.

“Shuttle H7 5820S” işçi stansiyasının ölçüləri 326×208×196 millimetr təşkil edir. Əməliyyat sistemi “Windows 7 Professional”-dır. Standart komplektləşdirmədə yenilik 1400 avroya başa gəlir. Standart komplektə “Core i7-950” prosessoru, 8 QB əməli yaddaş, 1 TB tutumlu sərt disk və “Matrox M9138 LP” kartı daxildir.




31/10/11    Çap et