Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron qurğularda silisiumu əvəzləyəcək texnologiya hazırlanıb


ABŞ mühəndisləri silisiumu üstələyən materiallardan yarımkeçirici plyonkaların yaradılması texnologiyasını hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, müasir hesablama qurğularının əksər hissəsi silisiumdan - dünyada oksigendən sonra ən geniş yayılmış elementdən istehsal edilir. Müxtəlif silisium birləşmələrinə daşlarda, gildə, qum və torpaqda rast gəlmək mümkündür. Silisium kompüter və smartfonlarda ötürücülər, günəş elementləri və inteqral sxemləri daxil olmaqla əksər elektron qurğularda istifadə edilən əsas materialdır. Lakin bununla yanaşı, silisium planetdə mövcud olan ən yaxşı yarımkeçirici material hesab edilmir.  

Bildirilir ki, hazırda Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri silisiumdan fərqlənən çoxlu qeyri-adi materialdan ibarət nazik yarımkeçirici plyonkaların yaradılması texnologiyasının hazırlanması ilə məşğuldurlar. Tədqiqatçılar aparılan işin nəticələrini nümayiş etdirmək üçün yarımkeçirici xüsusiyyətlərinə görə silisiumu geridə qoyan qallium arsenid, qallium nitridi və litium ftorid materiallarından ibarət elastik plyonkalar hazırlayıblar.

Ekspertlərin fikrincə, yeni texnologiya müasir silisium qurğularından daha yaxşı işləyə bilən istənilən yarımkeçirici elementli birləşməyə malik effektiv iqtisadi elastik elektronika istehsalı metodudur.   
 
Nizam Nuriyev






10/10/18    Çap et