Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreyalıların 40 faizi smartfon işlədir
Cənubi Koreyanın kommunikasiya komissiyasının (KCC) hesablamalarına əsasən, ölkədə smartfon sahiblərinin sayı artıq 20 milyonu ötüb.
Beləliklə, Koreyanın təxminən 40% sakini smartfon istifadə edir. 2009-cu ilin sonunda 810 min koreyalı belə qurğulardan istifadə etmiş, 2010-cu ildə isə 7,2 milyon istifadə edib.
Smartfon sahiblərinin təxminən yarısı (təxminən 10 milyon) “SK Telecom” operatorunun şəbəkəsinə qoşulublar. 6,8 milyon istifadəçiyə KT şirkəti, təxminən 3,3 milyona isə “LG Uplus” şirkəti xidmət edir.
“Strategy Analytics” şirkətinin məlumatına əsasən, 2011-ci ilin üçüncü rübündə smartfon satışları 117 milyona çatıb. Bu göstərici keçənilki nəticədən 44% çoxdur. “Samsung” şirkəti 23.8% bazar payı ilə ən böyük istehsalçı olub. İkinci və üçüncü yerləri müvafiq olaraq 14,6 və 14,4% bazar payları ilə “Apple” və “Nokia” şirkətləri tutublar.
31/10/11 Çap et