Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində yerli prosessorlar əsasında superkompyuter yaradılıb
Szinanedə (Şandun əyalətinin inzibati mərkəzi, Çin) yerləşən milli superkompyuter mərkəzində “Sunway BlueLight MPP” adlı güclü hesablayıcı kompleks istehsal edilib.
Sistemdə Çin Xalq Respublikasında (ÇXR) hazırlanmış 16 hesablama nüvəsi ilə olan “ShenWei SW1600” prosessorları tətbiq edilib. 8700 çip istifadə edilib, onların sayəsində 1 petaflopsa (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) qədər məhsuldarlıq təmin edilir.
“Sunway BlueLight MPP” belə sürət göstəriciləri ilə dünyanın ən güclü 20 superkompyuteri arasında yer tuta bilər. Hal-hazırda bu reytinqdə birinci yeri 68544 “SPARC64 VIIIfx” prosessoru əsasında hazırlanmış Yaponiyanın “K Computer” kompleksi tutub: onun məhsuldarlığı 8,16 petaflopsa bərabərdir.
İkinci yerdə 2,57 petaflops sürətə malik olan Çinin “Tianhe-1A” superkompyuteri yerləşib. ABŞ-ın “Jaguar” kompleksi üçlüyü tamamlayır: bu sistem “Linpack” testində 1,76 petaflops sürət göstərib.
“Sunway BlueLight MPP” maye soyuma sistemi ilə təchiz edilib. Verilənlərin əsas anbarının tutumu 150 TB, xarici isə 2 Pb təşkil edir.
31/10/11 Çap et