“IBM” kibertəhlükəsizlik problemlərinin həlli üçün süni intellektdən istifadə edəcək
ABŞ-ın “IBM” texnoloji şirkəti “IBM Security Connect” açıq platformasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Facenews” resursuna istinadən yazır ki, “IBM Security Connect” həm adi, həm də süni intellekt texnologiyalarından istifadə edir. Platforma istifadəçiləri kibertəhlükəsizlik məhsullarının effektivliyini artırmaq üçün onlara süni intellekt, o cümlədən “Watson” superkompüterini tətbiq edə bilərlər.
Şirkət nümayəndələrinin sözlərinə görə, “IBM Security Connect” birgə innovasiyalara yol açacaq açıq standartlardan istifadə etməklə ən ciddi təhlükəsizlik problemlərini həll etməyə kömək edəcək. “Açıq standartlar üzərində qurulan platformanın köməyi ilə şirkətlər unikal mikroservislər yarada, yeni təhlükəsizlik proqramları hazırlaya, mövcud həlləri inteqrasiya edə və ümumi açıq servislərin məlumatlarından istifadə edə biləcəklər”, - mütəxəssislər qeyd edib.
Məlumata görə, tapşırıqların yerinə yetirilməsi üçün neyron şəbəkələrin, kompüter təliminin, analitikanın və alqoritmlərdən istifadənin daxil olduğu süni intellekt kompüterlərə öz təcrübələri əsasında öyrənməyə imkan verir.
Süni intellekt (AI, Artificial Intelligence) insanın davranışını bu və ya digər şəkildə imitasiya edən kompüterdir.
Kompüter təlimi (ML, Machine Learning) kompüterlərə məlumatlar əsasında nəticələr çıxarmağa və onları süni intellekt əlavələrinə təqdim etməyə imkan verən metodlardan ibarət süni intellekt altçoxluğudur.
Dərin təlim (DL, Deep Learning) kompüter təlimi altçoxluğu olmaqla kompüterlərə daha mürəkkəb tapşırıqları həll etməyə şərait yaradır.
Nizam Nuriyev