Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib


2018-ci ilin üçüncü rübündə şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib. Bu haqda informasiya təhlükəsizliyinin təmini üzrə həllərin istehsalçısı olan "Malwarebytes" tərəfindən keçirilmiş araşdırmada deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, pul tələb edən virusların aktivliyi xeyli yüksəlib. Qeyd edək ki, istifadəçilərə qarşı edilən belə hücumların sayı azalıb – hakerlərin əsas hədəfi təşkilat və müəssisələrdir.
 
Bank troyanları "Malwarebytes" şirkəti tərəfindən araşdırılmış bütün viruslar arasında şirkətlər üçün ən populyar təhdid olub. 2018-ci ilin iyul-sentyabrında belə haker hücumlarının sayı 84% yüksəlib.
 
Emil Hüseynov






17/10/18    Çap et