Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC bank nominasiyasının qalibi olub
Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC "Mastercard" debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib.
Bu münasibətlə "Azərpoçt" xüsusi sertifikata layiq görülüb.
Qeyd edək ki, mükafatlandırma "Mastercard" beynəlxalq ödəniş sisteminin Azərbaycan nümayəndəliyi tərəfindən üç ildir keçirilir.
2012-ci ildən "Mastercard"a qoşulan "Azərpoçt" müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.
Debet layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.
Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC bu günə qədər 120 mindən artıq kart emissiya edib.
Hazırda MMC-nin 61 ATM-i (bankomatı) fəaliyyət göstərir.
18/10/18 Çap et