Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində pilotsuz nəqliyyat təyyarəsinin uğurlu sınaqları keçirilib


Çinin Daxili Monqolustan Muxtar Rayonunda “Feyhun 98” pilotsuz nəqliyyat təyyarəsinin ilk uğurlu uçuş sınağı keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, pilotsuz uçan aparat “Y-5B” nəqliyyat təyyarəsi əsasında yaradılıb. Təyyarənin maksimal uçuş kütləsi 5,25 ton, maksimal yükqaldırma qabiliyyəti 1,5 ton, yük bölməsinin maksimal həcmi 15 kubmetr, uçuş hündürlüyü 4 min 500 m, kreyser sürəti saatda 180 km, maksimal uçuş məsafəsi 1,2 min km təşkil edir. Aparatın uçuş və enişi üçün minimal məsafə 150 metrə bərabərdir.

Bildirilir ki, “Feyhun 98” uçuş xüsusiyyətlərinə görə ucqar və mürəkkəb relyefli ərazilərə yüklərin daşınması üçün tələblərə cavab verir. “SF UAS” şirkətinin direktoru Yan Tsyun qeyd edib ki, gələcəkdə yeni təyyarənin mürəkkəb şəraitdə qəza-xilasetmə materiallarının daşınması, hərbi materialların distansiyalı çatdırılması və s. üçün tətbiq edilməsi planlaşdırılır.

Nizam Nuriyev






19/10/18    Çap et