“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək
“Samsung” şirkəti 7 nanometrlik “7LPP” (Low Power Plus) texnoloji prosesi üzrə çip istehsalına başlayıb. Yeni texnologiya 10 nm-lik “FinFET” prosessorları ilə müqayisədə 40% daha az yer tutan və eyni zamanda 20% daha məhsuldar olan yarımkeçiricilər istehsal etməyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, nəticədə belə çiplər quraşdırılacaq smartfon və başqa elektronika daha sürətli və uzun müddət işləyə bilər, həmçinin fiziki ölçüləri kiçik olacaq.
“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış çiplər “5G” şəbəkələr üçün avadanlıq, məlumat mərkəzləri, süni intellekt sistemləri və “Əşyalar interneti” cihazlarında tətbiq edilə bilər.
Emil Hüseynov