Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir


“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan firmanı satın alacaq. Bu haqda “Information” internet portalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, portalın məlumatına görə, “Facebook”un nümayəndələri bir sıra təhlükəsizlik firmalarına satınalma təklifi ilə müraciət ediblər. Hazırda bir neçə şirkətlə konsultasiyalar aparılır. Cari ilin sonunadək razılaşmanın imzalanacağı istisna deyil.
 
Şirkət sentyabrın sonunda sosial şəbəkəyə edilmiş haker hücumundan sonra təhlükəsizlik firması satın almağa dair qərar verib. "Təhlükəsizlik problemi" 30 milyon hesabı əhatə edib. Sözügedən boşluq artıq aradan qaldırılıb.
 
Emil Hüseynov






22/10/18    Çap et