“WhatsApp” istifadəçiləri sifət və barmaq izinə görə tanıyacaq
Populyar “WhatsApp” messencerinin komandası tezliklə sifət və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya edilməsi imkanını proqrama əlavə edəcək. Bu haqda “WABetaInfo” resursu məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir. “iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.
“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib. “Face ID” texnologiyasını dəstəkləyən smartfonda “WhatsApp” proqramının sazlamasında “Touch ID” və ya “Face ID” üçün yeni seçim yaranır.
Emil Hüseynov