Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “ağıllı” eynəyə proyektor quraşdırılıb


ABŞ-ın “North” şirkəti “Focals” “ağıllı” eynəyini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, xarici görünüşünə görə adi eynəklərdən fərqlənməyən “ağıllı” qurğuda informasiyanın göstərilməsi üçün təsvirləri eynək şüşəsində əks etdirən və onları birbaşa qüzehli qişaya proyeksiya edən quraşdırılmış kiçik proyektordan istifadə olunur. Bu, holoqram effekti yaratmağa imkan verir.

Məlumata görə, yeni “ağıllı” eynək məhdud funksionallığa malikdir. Onun vasitəsilə bildirişlərə, təqvim qeydlərinə, hava proqnozuna və müəyyənləşdirilmiş marşrut üzrə hərəkət zamanı göstərişlərə baxmaq mümkündür. Bundan əlavə, eynək “Alexa” səsli köməkçi funksiyasını dəstəkləyir. Qurğunun idarəetməsi üçün tədarük dəstinə daxil olan üzük coystikdən istifadə təklif olunur.

Hazırda qiyməti 99 dollar təşkil edən “Focals” eynəyi üçün şirkətin saytında ilkin sifarişlər qəbul olunur. Düzbucaqlı çərçivəyə malik eynəyin tədarükləri dekabra, yumru çərçivəli modelin buraxılışı isə növbəti ilin əvvəlinə planlaşdırılır.

Nizam Nuriyev
 







24/10/18    Çap et