Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektromaqnit hücumları müzakirə mövzusu olub


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində “Elektromaqnit müharibələri” mövzusu müzakirə olunub.
 
Sözügedən tədbirdə radiotezlik resurslarından sui-istifadə, elektromaqnit müharibələri, simsiz şəbəkələrdə kiber-hücumlar və bu kimi aktual problemlərdən danışılıb.
 
Tədbirdə Cənubi Koreyanın KAİST Universitetində elmi araşdırma  aparan Rəşad Əliyev “Elektromaqnit hücumlarının xüsusiyyətləri və təhlükələri” mövzusunda təqdimatla çıxış edib.
 
Məlumat üçün bildirək ki, Dövlət Radiotezliklər İdarəsi Azərbaycan Respublikası ərazisində radiotezliyin spektr idarəçiliyi, radiotezlik idarəetməsi, efir təhlükəsizliyi, radiomonitorinq, inspeksiya və elektromaqnit uzlaşmasına nəzarət, radiotezliklərin və radioelektron vasitələrinin uçotunun aparılması üzrə fəaliyyət göstərir.





26/10/18    Çap et