Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC tarif gəliri proqnozunu vaxtından əvvəl yerinə yetirib


“Azərpoçt” MMC 15 İyun Milli Qurtuluş Günü ərəfəsində 2011-ci ilin 6 ayı üzrə təyin olunmuş tarif gəliri proqnozunu yerinə yetirib. Bundan başqa müəssisə əlamətdar gün münasibətilə Tərtər rayonunun Buruc, Ağdaş rayonunun Güvə kəndində yeni poçt şöbələrini istismara verib. Müəssisədən verilən məlumata görə, müasir üslubda tikilən poçt şöbələri ən yeni avadanlıqlarla təchiz edilib. Qeyd edək ki, hazırda “Azərpoçt”un 1600 poçt şöbəsi var.




18/06/11    Çap et