Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Xalq kompüteri" layihəsi çərçivəsində 14830 fərdi kompüter satılıb
"Xalq kompüteri" layihəsi çərçivəsində 14830 fərdi kompüter satılıb. Bu barədə bazar "Best Comp Group" şirkətindən bildiriblər.
Layihə çərçivəsində satışda artım ilin əvvəlindən 36,8 faiz təşkil edib. Doqquz ayın yekunları üzrə orta dəyəri 650 manat olmaqla 2,5 milyon manatdan çox məbləğdə texnika alınıb.
Ümumilikdə, layihənin start götürdüyü vaxtdan (2009-cu ilin aprelindən) ona 9,6 milyon manatdan yuxarı investisiya yatırılıb. Satılan kompüterlərin ümumi sayından 2524 ədədi Bakıda, qalanları regionlarda satılıb.
Ümumilikdə, layihə çərçivəsində 14593 kompüter müəllim, 120-si şagirdlər, 110-u tələbələr və 7-si səhiyyə işçiləri tərəfindən alınıb. Layihə çərçivəsində satılan kompüterlərin 80 faizindən çoxu portativ texnikanın payına düşüb.
"Xalq kompüteri" layihəsi çərçivəsində təklif olunan kompüterlər bazar qiymətindən 25-40 faiz aşağı olmaqla, 12 aya qədər müddətlə faizsiz kredit şərtləri ilə həyata keçirilir.
Layihə HP və "Microsoft" şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnika HP-nin yerli tərəfdaşı olan "Best Comp Group" şirkəti tərəfindən təchiz olunur. Alıcılara "Symantec" antivirus proqram təminatı, KÜR ADSL modemləri və Azərbaycanın mobil rabitə operatorları Azercell Telekom və Azerfon-un DATA kartları da təklif olunur.
01/11/11 Çap et