Qabaqcıl “OnePlus 6T” smartfonu rəsmən təqdim edilib
“OnePlus” şirkəti Nyu-Yorkda keçirilmiş mətbuat konfransında yeni “OnePlus 6T” smartfonunu təqdim edib. Qabaqcıl texniki xüsusiyyətlərə malik smartfonda ekranın alt hissəsinə barmaq izləri skaneri quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, smartfon “Full HD+” (1080x2280 piksel) təsvir ölçülü 6,4 düymlük “Optic Super AMOLED” displeylə təchiz edilib.
Əsas kamera ikiqat 16+20 meqapiksel, ön kamera isə 16 meqapiksel təsvir ölçüsünə malikdir. Aparat “Qualcomm Snapdragon 845” prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128/256 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 3700 milliamper/saat təşkil edir, sürətli enerjidoldurma texnologiyası dəstəklənir.
Smartfon “Oxygen OS” interfeysli “Android 9 Pie” sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 a/b/g/n/ac), “Bluetooth 5.0”, “GPS+QLONASS”, “NFC” dəstəklənir, “USB Type-C” portu mövcuddur. Smartfonda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və yaddaş kartları üçün slot yoxdur. Smartfonun ölçüsü 157,5 x 74,8 x 8,2 mm, çəkisi isə 185 qram təşkil edir.
Noyabrın 1-dən satışa çıxarılacaq “OnePlus 6T” smartfonunun qiyməti 549 ABŞ dollarından başlanacaq.
Emil Hüseynov