Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” möhkəm Android planşet hazırlayır


“Panasonic” şirkəti “İnfoComm 2011” sərgisində “Toughbook” planşet kompyuterini nümayiş etdirib.
Çox möhkəm korpusda hazırlanmış kompyuter Android əməliyyat sisteminin nəzarəti altında işləyir. Sensor multitaç-displey 10.1 düym diaqonala və XGA (1024×768 kəskinliyə) malikdir; barmaqla və elektron qələmlə idarəetmə dəstəklənir.
Planşet haqqında informasiya çox azdır. Yalnız bildirilib ki, kompyuter GPS peyk naviqasiya sisteminin qəbuledicisi və mobil şəbəkələrdə iş üçün 3G/4G modulu ilə komplektləşdirilə bilər.
Akkumulyatorun 1 dəfə yüklənməsi qurğunun təxminən 8 saat avtonom rejimdə işləməsinə imkan verir.
Planşetin nə vaxt çıxacağı və hansı qiymətə olacağı isə bildirilməyib.




18/06/11    Çap et