Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” smartfonlarının rüblük satışları 2 dəfə artıb
“HTC” şirkəti bu gün cari maliyyə ilinin üçüncü rübü üzrə hesabat dərc edib. İyul – sentyabr ayları üzrə Tayvan istehsalçısı təxminən 4,54 milyard mədaxil əldə edib. Keçən ilin analoji dövrü ilə müqayisədə mədaxil artımı 79% təşkil edib. Xalis gəlir 68% artaraq 620 milyon dollara çatıb.
“HTC” şirkəti rüb ərzində 13,2 milyon smartfon satıb. Bu göstərici keçənilki nəticədən 93% çoxdur. Smartfonların orta qiyməti 1 il ərzində praktik olaraq dəyişməyib: 344 dollar.
Cari rübdə şirkət 12-13 milyona qədər smartfon tədarük etməyi hesablayır. “Strategy Analytics” şirkətinin məlumatına əsasən, 2011-ci ilin üçüncü rübündə smartfon satışları 117 milyon ədəd olub. Bu göstərici keçənilki nəticədən 44% çoxdur.
01/11/11 Çap et