“Xiaomi Mi 9” yeni “Qualcomm” prosessorlu ilk smartfon olacaq
İnternetdə “Xiaomi” şirkətinin buraxmağa hazırlaşdığı yeni qabaqcıl “Xiaomi Mi 9” smartfonu barədə ətraflı məlumatlar dərc olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, məlumata görə, 2019-cu ilin birinci yarısında buraxılacaq “Xiaomi Mi 9” əvvəllər “Snapdragon 855” kimi tanınan “Qualcomm Snapdragon 8150” prosessoru üzərində qurulacaq.
Bildirilir ki, 7 nanometrlik texnoloji proses üzrə hazırlanan “Snapdragon 8150” prosessoru “Qualcomm” şirkəti tərəfindən indiyədək rəsmən təqdim edilməsə də, 2019-cu ilin əksər qabaqcıl smartfonlarının əsasını təşkil edəcək. Bundan başqa, “Xiaomi Mi 9” “Snapdragon 8150” əsasında işləyən ilk smartfon ola bilər.
Bundan əlavə, yeni qurğu 48 meqapikselli “Sony IMX586” sensoruna malik 3 kamera, 6-10 giqabaytlıq operativ yaddaş, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri və simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Həmçinin “Xiaomi Mi 9” suya və toza qarşı davamlı olacaq.
Nizam Nuriyev