Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Susuz işləyən unitaz təqdim edilib


Dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin komandası tərəfindən təqdim edilmiş layihə üçüncü dünya ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, milyarder və filantrop Bill Qeyts susuz və kanalizasiyaya qoşulmadan işləyən unitaz nümayiş etdirib. Hazırlamanın dəyəri təxminən 200 milyon dollar təşkil edir.
 
İnnovativ qurğu Pekində keçirilmiş sərgidə nümayiş etdirilib. Qeytsin sözlərinə görə, bu unitaz susuz işləyir və kanalizasiyaya qoşulmasına ehtiyac yoxdur. Unitaz kimyəvi reaktivlərin köməyi ilə insan orqanizminin tullantılarını gübrə və təmiz suya çevirir. Sanitar qurğunun hazırlanmasına təxminən 7 il vaxt sərf edilib və 200 milyon dollar xərclənib.
 
Milyarderin sözlərinə görə, insan orqanizminin tullantılarının yenidən emal edilməsinə yeni yanaşma körpə ölümü ilə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək, həmçinin suyun keyfiyyətinin aşağı olması və sanitar şəraitin pis olması ilə əlaqədar vəba, diareya və başqa təhlükəli xəstəliklərlə mübarizə xərclərini illik 233 milyard dollar azaldacaq.

Emil Hüseynov






07/11/18    Çap et