Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” geoməkan üzrə dostların axtarışı sisteminə patent almaq üçün müraciət edib


“Facebook”un rəhbərliyi sosial şəbəkə istifadəçiləri tərəfindən geoməkan üzrə dostların axtarışı texnologiyasına patent almaq üçün müraciət edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki,  geoməkan məlumatlarına giriş nəticəsində sistem yaxınlıqda yerləşən iki istifadəçi qeydə alan kimi, onlara bir-birlərini dostlar siyahısına daxil etməyi təklif edir.
 
Şirkətdən verilmiş məlumata görə, patent üçün müraciət yeni funksiyanın tezliklə “Facebook”da əlçatan olacağı anlamına gəlmir.
 
Emil Hüseynov






12/11/18    Çap et