Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sənaye müəssisələrinə irimiqyaslı haker hücumları edilib


“Symantec” şirkəti kimya və müdafiə sahələri üzrə onlarla şirkətin kompyuter şəbəkələrinə irimiqyaslı haker hücum cəhdləri haqda məlumat verib.

Haker hücumlarının hələ aprel ayında başlandığı bildirilib, lakin hücumların istiqaməti ilk əvvəl əsasən qeyri-hökumət hüquq müdafiə təşkilatlarına yönəldilib. İyul ayında kibercinayətkarların istiqaməti hərbi texnika üçün müxtəlif kimya məhsulu və materiallar istehsal edən sənaye müəssisələrinə yönəlib.

İyul – sentyabr ayları ərzində 48 şirkət ziyana məruz qalıb. Həmin şirkətlərin çox hissəsi ABŞ, Böyük Britaniya və Banqladeşdə yerləşir.

Kibercinayətkarlar virus və troyan əlavə edilmiş elektron məktublar göndəriblər. Əsas məqsəd müəssisələrin intellektual mülkiyyətinin, ticarət sirlərinin və digər informasiyaların oğurluğu olub.

İlkin araşdırma göstərib ki, hücumlar ABŞ-da yerləşdirilmiş server vasitəsilə həyata keçirilib. Serverlərə Çin sakini Xebey rəhbərlik edir. Lakin, rəsmi Pekin ənənəvi olaraq şirkətlərə və digər dövlət təşkilatlarına haker hücumları keçirilməsində iştirakını inkar edir.




01/11/11    Çap et