Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple Store” mağazalarının rəhbəri “Apple” şirkətini tərk edib
“Apple”-ı, şirkətin pərakəndə ticarət üzrə baş vitse- prezidenti vəzifəsində çalışan Ron Conson tərk edib. Bu barədə “9to5Mac” bloqu bildirib. Conson “JCPenney” univermaqları Amerika şəbəkəsinin icraçı direktoru olacaq.
Conson Stenford və Harvard universitetlərində təhsil almış və 2000-ci ilə qədər “Target” pərakəndə şəbəkəsinin vitse-prezidenti vəzifəsində işləyib. Onu “Apple” şirkətinə şəxsən Stiv Cobs dəvət edib. Stiv Cobs şirkətin firma mağazaları şəbəkəsini yaratmağa qərar vermişdi.
Məhz Consonun “Apple Store” mağazaları konsepsiyasını ən xırda tərtibat detallarına qədər fikirləşdiyi hesab edilir. Məhz o “Genius Bar” ideyasını, yəni ki mağazalarda alıcıların ixtisaslaşdırılmış əməkdaşlardan texniki dəstək ala biləcəyi dəstək yerləri təklif edib.
İlk “Apple Store” mağazası 2001-ci il may ayının 19-da Virciniya ştatında açılıb. Hal-hazırda 323 mağaza işləyir və şirkət hər il onlarla mağaza açır. 2011-ci ilin iyul ayında “Apple” şirkəti elan edib ki, “Apple Store” mağazaları milyarddan çox ziyarətçi cəlb edib.
Conson cari ildə şirkəti tərk edən ikinci baş vitse-prezident olub. Bertran Serle (Bertrand Serlet) birinci olub. O, mart ayında “Apple” şirkətini tərk edib.
01/11/11 Çap et