Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalılar daha çox film almağa başlayıblar


“Digital Entertainment Group” assosiasiyası üçüncü rübdə Amerika bazarında satış və kinoməhsul kirayəsindən əldə edilən mədaxili hesablayıb.

2008-ci ilin əvvəlindən bəri ilk dəfə bu sahədə artım qeydə alınıb. İyul - sentyabr ayları ərzində videomaterialların kirayəsindən və müxtəlif daşıyıcılarda, həmçinin internet vasitəsilə fayl satışlarından əldə olunan mədaxil 3,9 milyard dollar təşkil edib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur.

DVD disklərə tələbat 1 il ərzində 15% azalıb. Bununla belə “Blu-ray” disklərinin satışları 156 milyon dollar artaraq 423 milyon dollar təşkil edib Veb-mağazalar vasitəsilə filmlərin satışları təxminən 136 milyon dollar qazandırıb.




01/11/11    Çap et