Bu robot Sinqapurda keçirilən “ASEAN” sammitində əlavə təhlükəsizliyi təmin edib
Sinqapurda keçirilən “ASEAN 2018” sammitində 360 dərəcə fırlana bilən kameraya malik və yanıb-sönən işıqlarla təchiz edilmiş avtonom işləyən robot patrul çəkib.
“ICTnews” Elektron Xəbər Xidməti “
naked-science.ru” saytına istinadən yazır ki, 4 təkər üzərində hərəkət edən 1,5 metr hündürlüyündə olan kiçik ağ rəngli robot konferens-mərkəzin perimetri üzrə hərəkət edərək dünya liderlərinin görüşündə əlavə təhlükəsizliyi təmin edib.
Məlumata görə, bu adsız robot Sinqapur polisi tərəfindən hazırlanmış prototipdir. Robot patrul çəkdiyi yerin 360 dərəcəlik təsvirini ötürə bilir və öncədən müəyyənləşdirilmiş marşrut üzrə sərbəst hərəkət edə, həmçinin maneələri keçə bilir.
Emil Hüseynov