Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AT&T” dördüncü nəsil mobil şəbəkəsini genişləndirir


Amerikanın “AT&T” operatoru “LTE” texnologiyasından istifadə edərək öz dördüncü nəsil mobil şəbəkəsini genişləndirir: o, noyabr ayının 6-da Boston, Vaşinqton, Baltimore və Atense şəhərlərində istifadəyə veriləcək və ilin sonuna qədər digər şəhərlərdə də istifadəyə verilməsi planlaşdırılır.

“AT&T” operatorunun “LTE” şəbəkə üçün ilk smartfonları “Samsung Galaxy S II Skyrocket” və “HTC Vivid” aparatları olacaqlar. Smartfonların hər ikisi “Android 2.3” əməliyyat sistemi ilə işləyəcəklər. İnteqrasiya edilmiş fləş yaddaşın tutumu 16 QB təşkil edir; dəyişkən “MicroSD” kartlar üçün slot mövcuddur.

“Galaxy S II Skyrocket” smartfonu 4,5 düym diaqonallı “Super AMOLED Plus” sensor ekranı ilə təchiz edilib; ekranın kəskinliyi 480×800 nöqtədir. Aparat ön hissədə yerləşən 2 meqapiksel matrislə olan kamera və arxa hissədə yerləşən 8 meqapiksel matrislə olan kameradan ibarətdir. Qurğuda tətbiq edilmiş 2 nüvəli prosessorun takt tezliyi 1,5 QHz-ə bərabərdir.

“Vivid” modeli 1.2 QHz takt tezlikli ikinüvəli çiplə, 540×960 nöqtə kəskinlikli 4,5 düymlü sensor ekranla və əsas 8 meqapiksel kamera ilə təchiz edilib.

Yeniliklərin satışları bazar günü başlanacaq: “Galaxy S II Skyrocket” və “Vivid” smartfonlarının qiymətləri müvafiq olaraq 250 və 200 dollar (AT&T şəbəkəsində ikiillik müqavilə ilə) təşkil edəcək.




01/11/11    Çap et