Yeni planetlərarası modul süni intellekt vasitəsilə yaradılıb
ABŞ Kosmik Agentliyinin (NASA) mühəndislər qrupu “Autodesk” şirkəti ilə birgə süni intellekt vasitəsilə yaradılan yeni planetlərarası enmə modulunun prototipini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naukatv” resursuna istinadən yazır ki, yeni planetlərarası enmə qurğusunun çəkisi “NASA” tərəfindən indiyədək digər planet və peyklərə göndərilən əksər enmə aparatlarının çəkisinə uyğundur. Prototip Las-Veqasda keçirilən konfransda nümayiş olunub. Enmə aparatının konstruksiyası metaldan düzəldilən hörümçəyə bənzəyir. Mühəndislər qrupu planetlərarası enmə qurğusu üzərində yeni planetlərin tədqiqi üçün daha yüngül modul yaratmaq üçün eksperimental məqsədlərlə çalışıb. Layihələndirmə prosesinin sürətləndirilməsi üçün “Autodesk” tərəfindən onlarla müxtəlif layihəni tez hazırlaya bilən süni intellekt əsaslı proqram təminatından istifadə olunub. Bu metod generativ dizayn kimi tanınır və “beyin hücumu” kimi işləməklə mühəndislərə layihələrin yaradılmasına yaradıcılıqla yanaşmağa kömək edir.
Məlumata görə, yeni dizayn mühəndislər tərəfindən enmə aparatının xüsusilə Günəş sisteminin səthlərindəki okeanların buz və ya yer qabığı ilə örtülən (Saturn planetinin Enselad peyki və Yupiterin Avropa peyki) uzaq peyklərini tədqiq etməsi üçün daha yüngül olması nəzərə alınmaqla ərsəyə gətirilib. “NASA” tədqiqatçıları tərəfindən planetlərarası enmə qurğusunun daha yaxşı versiyasının hazırlanması üçün generativ dizayn metodu ilə işlərin davam etdirilməsi nəzərdə tutulur.
Nizam Nuriyev