Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti "ağıllı" bloknot təqdim edib


“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir: şirkət tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmləşdirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmli sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq olar.
 
Bundan başqa əllə yazılmış mətnin tanınması funksiyası var: belə mətn avtomatik olaraq “Word” sənədə çevriləcək. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq olar.
 
Emil Hüseynov






16/11/18    Çap et