“Raspberry Pi 3” kompüterinin kiçikölçülü versiyası təqdim edilib
Britaniyanın “Raspberry Pi Foundation” şirkəti “Raspberry Pi Model 3B+” adlı kompüterin kiçikölçülü versiyasını hazırlayır. Şirkətin bloqunda dərc edilmiş yazıya əsasən, 2018-ci ilin dekabrında satışa çıxarılacaq “Model 3A+” adlı yeni kompüterin qiyməti 25 dollar təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
nplus1.ru” saytına istinadən yazır ki, “Raspberry Pi” kompüteri prosessor, USB və şəbəkə kontrollerləri, audio və video qoşulma konnektorları və əlavə avadanlığın (məsələn, videokamera, işıqlandırma dərəcəsi sensorları və ya servomühərriklər) qoşulması üçün 40 kontaktlı interfeys qrupundan ibarət sistem lövhəsidir.
“Raspberry Pi” kompüterinin son modeli “Model 3B+” 1,4 QHs takt tezliyində işləyən 64 bitlik “ARM Cortex-A53” prosessoru, “Wi-Fi 802.11ac” standartlı simsiz rabitə çipi, “Bluetooth 4.2”, “Ethernet” kontrolleri və 4 portlu “USB” kontrolleri ilə təchiz edilib. Sistem lövhəsi 512 MB-lıq əməli yaddaşa malikdir.
Kiçikölçülü və sadələşdirilmiş “Raspberry Model 3A+” versiyası “Model 3B+” versiyasından, demək olar ki, fərqlənmir. Yeni kompüter yalnız “Ethernet” və “USB” xab kontrollerindən məhrum edilib. Bununla belə sistem lövhəsində 1 ədəd USB port saxlanılıb: o, kənar fləş kartlardan yükləməni dəstəkləyir. Qurğu kamera və sensor ekranın qoşulması üçün portlara malikdir.
Emil Hüseynov