Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ubuntu” əməliyyat sistemi mobil qurğularda da işləyəcək


“Ubuntu” layihəsinin dəstəklənməsi ilə məşğul olan “Canonical” şirkətinin rəhbəri Mark Şattluort bildirib ki, əməliyyat sistemi müxtəlif tip qurğularda istifadə üçün uyğunlaşdırılacaq.

Söhbət smartfon, planşet kompyuterlər, həmçinin internetə qoşulma imkanı ilə olan "ağıllı" televizorlar, avtomobil əyləncə mərkəzləri, mətbəx kompyuterləri və s-dən gedir.

Cənab Şattluortun sözlərinə əsasən, mobil qurğu və digər elektron qurğuların dəstəklənməsi “Ubuntu 14.04 LTS” platformasında reallaşmalıdır. Onun 2014-cü ilin aprel ayında təqdim olunacağı güman edilir.




01/11/11    Çap et