Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın rəhbəri “iPhone” smartfonundan daha az istifadə etməyə başlayıb


“Apple” korporasiyasının rəhbəri Tim Kuk öz “iPhone” smartfonundan daha az istifadə etməyə başladığını, hətta mobil qurğuda çoxsaylı bildirişlərdən imtina etdiyini etiraf edib. O, “Axios” nəşrinə müsahibəsində belə deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, Kuk izah edib ki, əvvəllər bu və ya digər məlumatı əldə etmək və ya informasiyanı yoxlamaq üçün tez-tez “iPhone” smartfonuna müraciət edirdi. Lakin indi mobil aparata gələn bildirişlərin sayını azaldıb və cihazı daha az  yoxlamağa başlayıb.
 
Bundan əvvəl “CBS” televiziya şirkətinin məlumatına görə, amerikalı vətəndaşlar bu və ya digər məlumatın əldə edilməsi və ya informasiyanın yoxlanılması üçün gündə orta hesabla 52 dəfə öz mobil qurğularına müraciət edirlər, həm də əksər hallarda bu qurğu "ağıllı saat" və ya planşet deyil, smartfondur.
 
1976-cı ildə təsis edilmiş “Apple” şirkəti “iPhone” smartfonu, “iPad” planşet kompüteri, “MacBook” noutbuku, “iMac” masaüstü kompüteri, “iPod” musiqi pleyerləri və başqa yüksəktexnologiyalı texnika istehsal edir.
 
Emil Hüseynov






19/11/18    Çap et