“Sony” şirkəti neyron şəbəkəsinin təlim sürəti üzrə yeni rekorda imza atıb
Honkonq alimləri bu yaxınlarda “ResNet-50” neyron şəbəkəsinin təlim müddətini 6,6 dəqiqəyədək azaltmağa nail olublar. Lakin yapon alimləri bu göstəricini 224 saniyəyədək yaxşılaşdırıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.plus” saytına istinadən yazır ki, tədqiqatçı və mühəndislər üçün neyron şəbəkəsinin təlim müddəti xüsusilə irimiqyaslı layihələr zamanı vacib göstəricidir. “Sony” şirkətinin alimləri bu təlimi 43,4% daha effektiv etməyə imkan verən üsul tapıblar.
Alimlər sınaqlar zamanı “ImageNet” şəkil bazası əsasında şəkillərin tanınmasını öyrənən “ResNet-50” neyron şəbəkəsinin alqoritmi üzərində işləyiblər. Yapon mühəndisləri effektivliyi yüksəltmək üçün kiçik paketləri birləşdirməklə məlumatların ötürülməsini optimallaşdırıblar. Bundan başqa, “Sony” şirkətinin mütəxəssisləri şəbəkə topologiyasına önəm veriblər.
Emil Hüseynov