Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində keçirilən vaxta nəzarət etmək mümkün olacaq


Resursun istifadəçiləri sosial şəbəkədə keçirilən vaxta nəzarət etmək imkanına malik olacaqlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Facebook” mobil proqramda "Vaxta nəzarət" funksiyasını təqdim edib. Yeni funksiya bütün istifadəçilərə əlçatan olacaq.
 
Yeni funksiyadan istifadə etmək üçün aşağıdakıları etmək lazımdır: Sazlamalar - > Məxfilik - > Vaxta nəzarət. İstifadəçi gün ərzində sosial şəbəkədə keçirdiyi vaxtı görəcək və vaxta məhdudiyyət qoymaqla ona nəzarət etmək imkanına malik olacaq.
 
Yaxın vaxtlarda belə imkan “iOS” və “Android” üçün mobil proqramda əlçatan olacaq. İlk vaxtlar sözügedən funksiya məhdudlaşdırılmış şəkildə işləyəcək ki, proqramçılar mümkün boşluqları aradan qaldıra bilsinlər.
 
Emil Hüseynov






21/11/18    Çap et