Smartfonların sınmasının ən geniş yayılmış səbəbi məlum olub
“SquareTrade” şirkətinin analitikləri amerikalı istifadəçilər tərəfindən istehlak edilən smartfonların əsas sınma səbəbini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, araşdırma nəticəsində məlum olub ki, telefon sahiblərinin 66%-i öz cihazını sındırıb. Təxminən 29% halda ekran sınıb – ABŞ-da 1 il ərzində 50 milyondan çox cihaz yararsız olub və onların təmirinə ümumilikdə 3,4 milyard dollar sərf olunub.
Telefon sahibləri, həmçinin cızıq ekran (27%), nasaz batareya (22%), korpusun kənar hissələrinin korlanması və sensor idarəetmənin disfunksiyası (16%) kimi problemlərlə təmir mərkəzlərinə müraciət ediblər.
Ekspertlərin sözlərinə görə, sınma halları əksər hallarda istifadəçilərin cihazla yöndəmsiz davranışı nəticəsində baş verib. Məsələn, 74% halda smartfon yerə düşmədən sonra sınır. 39% halda telefon suya, 26% halda isə tualetə düşüb.
Emil Hüseynov