“Huawei” şirkəti “Honor 10 Lite” smartfonunu təqdim edib
“Huawei” şirkəti orta qiymət kateqoriyasına malik “Honor 10 Lite” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, cihaz 6,2 düymlük displey, “Kirin 710” prosessoru və 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 13+2 MP təşkil edir, həmçinin süni intellekt texnologiyasını dəstəkləyir, ön kameranın təsvir ölçüsü isə 24 meqapikseldir.
Smartfon 4 rəngdə (qara, ağ, qradiyent göy və qradiyent qırmızı) əlçatan olacaq. Son 2 variant xüsusilə maraqlıdır: “Huawei” qradiyent rəngli cihazlarını aktiv şəkildə tanıtdırır.
Qurğu 3 versiyada (4+64 QB, 6+64 QB və 6+128 QB) satışa çıxarılacaq. Sözügedən 3 versiyanın qiyməti müvafiq olaraq 200, 245 və 275 dollar təşkil edəcək.
Emil Hüseynov