Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone X” smartfonlarının istehsalını yeniləyib


“Apple” şirkəti yeni “iPhone XS” və “iPhone XS Max” modellərinə  tələbatın az olmasına görə “iPhone X” istehsalını yenidən bərpa edib. Bu haqda “The Wall Street Journal” qəzeti məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “iPhone X” istehsalının yenidən bərpa edilməsinin digər səbəbi kimi “Apple” və “Samsung Electronics” arasında imzalanmış müqavilə göstərilir. Sonuncu “iPhone X” smartfonunda tətbiq edilən OLED displeylərin tədarükçüsüdür. Nəşrin məlumatına görə, “Apple” korporasiyası “Samsung”dan müəyyən sayda displey satın almalıdır.
 
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ korporasiyası “iPhone XS” və “iPhone XS Max” smartfonlarının bazarda böyük uğur qazanacağına ümid edirdilər. Əvvəllər şirkət telefon satışlarını yalnız müəyyən modellərə yüksək tələbat olan ölkələrdə bərpa edib.


Emil Hüseynov






23/11/18    Çap et