Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Ətirli" telefon


“Fujitsu” şirkəti F-022 telefonunu təqdim edib. İlk baxışda standart Asiya modeli üçün qeyri-adi heç nə yoxdur: Böyük ekran, parlaq tərtibat. Bununla belə yenilik ətir çiləmək üçün lazımi modulla təchiz edilib. Bu modul sayəsində telefon uzun müddət ətir saçacaq.
“Fujitsu” telefonu "mümkün cah-calal" satıcısı kimi məşhur olan “Folli Follie” şirkəti ilə birgə yaradıb. İstehsalçılar F-022 telefonunun 20 yaşdan 40 yaşa qədər "gözəl zövqlü" qadınları cəlb edəcəyini hesab edirlər. Qurğu toz və rütubət təsirinə davamlıdır, 8,1 meqapiksel kamera və 3 düyməli 480x854piksel kəskinlikli ekran ilə təchiz olunub. "Ətirli" telefon Çində iyun ayının 24-dən başlayaraq satılacaq.




18/06/11    Çap et