Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu smartfon 12 QB-lıq əməli yaddaşla təchiz ediləcək


Rəsmən gələn ilin fevralında təqdim ediləcəyi gözlənilən yeni “Samsung” cihazı haqqında yeni təfərrüatlar yayılıb.
 
Məlum olub ki, “Galaxy S10” smartfonu hazırda mövcud olan istənilən noutbuk və ya planşetlə müqayisədə daha tutumlu əməli yaddaşla təchiz ediləcək. Bu haqda “GizmoChina” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən xəbər verir ki, smartfon 2960x1440 piksel təsvir ölçülü 6,44 düymlük displeyə malik olacaq. Həmçinin cihaza barmaq izinin ultrasəs skaneri və 4000 milliamper/saat tutumunda batareya quraşdırılacaq.
 
Yeni aparatın əsas özəlliyi 12 QB-lıq əməli yaddaşla təchiz edilməsi olacaq. Bu, indi mövcud olan bütün planşet və noutbuklarla müqayisədə ən yüksək göstəricidir. Həmçinin cihazda faylların saxlanılması üçün 1 TB-lıq daxili yaddaş olacaq.
 
Emil Hüseynov






27/11/18    Çap et