Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan gəlirlər artıb


2011-ci ilin 9 ayı ərzində rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% artaraq 932.9 milyon manat təşkil edib.

Artım tempi İKT sektorunda 12,1%, o cümlədən telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, poçt sektorunda 5,7%, informasiya sektorunda isə 38,8%-ə bərabər olub.

Sektorda əldə olunan gəlirlərin təxminən 76,0%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Sektor üzrə ümumi gəlirlərin ÜDM-də payı 1,7%, qeyri-neft ÜDM-də isə 3,6% olub.

Telekommunikasiya sektoru üzrə gəlirlərin 67,5%-i mobil operatorların payına düşməklə, mobil sektor üzrə real artım tempi 3.4 % təşkil edib.




02/11/11    Çap et