Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” ətrafda baş verənləri şərh edən çat-bot təqdim edib


"Microsoft" korporasiyası smartfon üçün "Rinna" çat-botuna malik proqram təqdim edib. Xidmət empatik görmə sayəsində smartfonun kamerası vasitəsilə ətrafda baş verənləri təhlil edərək öz emosiya və təəssüratlarını ifadə edə, məsləhət verə bilər. Məsələn, "Rinna" yeni qalstukla bağlı fikrini söyləyə və ya sizi pirojna yeməyə inandıra bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Rinna" empatik görmə modeli digər intellektual görmə modellərindən fərqli olaraq,  baş verən hadisəyə  qiymət verir. Ənənəvi kompüter görmə texnologiyaları adətən belə reaksiya verirlər: "Mən insanları görürəm. Mən iti görürəm. Mən maşını görürəm". "Rinna" isə öz reaksiyasını aşağıdakı kimi ifadə edə bilər: "Necə də gözəl ailədir! Çox güman ki, onlar istirahət gününü şən keçirirlər. Maşın! Ehtiyatlı olun!"
 
"Microsoft Research"in alimləri tərəfindən yaradılmış "Rinna" smartfonun istifadəçisi ilə dialoq qura bilər.
 
Emil Hüseynov






30/11/18    Çap et