Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada videoholoqram yaratmaq üçün ən sürətli kompüter hazırlanıb


Videoholoqramın yaradılması güclü kompüter tələb edir. Kadrda 1 trilyon pikselədək təsvir ölçülü videonu dəstəkləmək üçün müvafiq aparat və proqram təminatı lazımdır. Sistemlər ikiölçülü məlumatlardan üçölçülü obyektin yaradılması üçün bir neçə parametri düzgün qiymətləndirməlidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, Çiba Universitetində işləyən yapon alimləri 1992-ci ildən etibarən “HORN” ixtisaslaşdırılmış kompüter layihəsi üzərində çalışıblar. 2018-ci ildə videoholoqram yaratmaq üçün ən sürətli kompüter hesab edilən  “HORN 8” hazırlanıb.
 
“HORN 8” işığın intensivliyinin tənzimlənməsi texnologiyası sayəsində ikiölçülü şəkillərdən keyfiyyətli üçölçülü video düzəldir.
 
Emil Hüseynov






30/11/18    Çap et