Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində saxta “Samsung Galaxy S10+” smartfonu buraxılıb


Çində “Samsung Galaxy S10+” smartfonu satışa çıxarılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun arxa paneli çexol istehsalçısının videoçarxında göstərilənə bənzəyir: 3 kamera, sensorlar horizontal şəkildə quraşdırılıb. Belə ki, smartfon işıq üzü görən “LG V40 ThinQ” modelini xatırladır.

Bildirilir ki, ön paneldə yuxarı və aşağı çərçivələri görmək mümkündür. Orijinal qurğuda “selfie” kamerasının altında kiçik açıq yer yerləşəcək. Məlumdur ki, o 2 kameralı olacaq. “Samsung” şirkətinin istifadəçiləri qeyri-adi form-faktorla təəccübləndirəcəyi gözlənilir.

Bir müddət əvvəl “S10” seriyasından olan smartfonlardan birinin videosu dərc edilib. Qurğu ilə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) sınaqdan keçirilib. Həmin smartfon indiki saxta qurğunun kamerasına bənzər kamera ilə təchiz edilmişdi.

Nizam Nuriyev
 







03/12/18    Çap et