İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdir. Digər sahələrdə olduğu kimi informasiya texnologiyaları sahəsində də iki dövlət arasındakı əlaqələrin inkişafı zəruridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 4-də İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromi deyib. O bildirib ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəvəti ilə “Bakutel-2018” Beynəlxalq Rabitə və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıya yola düşür. Hava limanında jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, İran bu sərgidə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri və istehsal etdiyi məhsulları nümayiş etdirəcək.