Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Finlandiyada uçan robot kuryerlər sınaqdan keçiriləcək


“Google” ilə yanaşı, “Alphabet” şirkətinin tərkibinə daxil olan “Wing” şirkəti Finlandiyada sürücüsüz idarə olunan təyyarələrin köməyi ilə məhsulların çatdırılması xidmətini istifadəyə verib. Yeni xidmət sınaq rejimində 2019-cu ilin yazında Helsinkinin bəzi rayonlarında əlçatan  olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru saytına istinadən yazır ki, mobil proqram vasitəsilə robot kuryeri çağırmaq mümkün olacaq. “Wing” şirkətinin müştəriləri çəkisi 1,5 kq-dək bağlamanı 10 kilometrədək məsafəyə göndərə biləcəklər. Dron insanı yaralamamaq üçün təhlükəsizlik baxımından yerə enmir: sifariş tilov ipi vasitəsilə qaldırılır və endirilir.
 
Finlandiya “Wing” şirkəti üçün Avropada ilk bazar olub. Bundan əvvəl şirkət yalnız Avstraliyada sınaqlar keçirib: orada robot kuryerlər dərman, yemək, qəhvə və lazımi predmetləri çatdırmaqla təxminən 55 min dəfə uçuş həyata keçirib.
 
Emil Hüseynov






05/12/18    Çap et