2019-cu ildə robot və dronlara xərclərin həcmi 115,7 milyard dollar təşkil edəcək
“IDC” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, gələn il robot texnikası və pilotsuz uçan aparatlar sahəsində həllərə qlobal xərclərin həcmi 115,7 milyard dollara yaxınlaşacaq. Bu, cari illə müqayisədə 17,6% yüksək göstəricidir. Analitiklər 2022-ci il üçün 210,3 milyard dollarlıq xərc proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
ixbt.com” saytına istinadən yazır ki, xərclər strukturunda robot texnikasının payı yüksəkdir. Gələn il robot texnikasına xərclər 103,4 milyard dollar təşkil edəcək. Müvafiq olaraq, dronlara xərclərin həcmi 12,3 milyard dollar təşkil edəcək.
Robot texnikası kateqoriyasında xərclərin 66%-i avadanlıq, digər hissəsi isə proqram təminatı və xidmətlərin payına düşəcək.
Emil Hüseynov