Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao “BAKUTEL 2018” 24-cü Azərbaycan Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına səmimi Salamlama müraciəti


Zati-aliləri,
Hörmətli qonaqlar,
Xanımlar və cənablar,
 
"Bakutel 2018" 24-cü Azərbaycan Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyaları Sərgi və Konfransının bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram.
 
Səmimi dəvətə görə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Zati-aliləri cənab Ramin Quluzadəyə təşəkkürümü bildirmək istərdim. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) Nazirlər Toplantısına qatılmaq barədə aldığım dəvət səbəbindən budəfəki tədbirinizdə iştirak edə bilmirəm. Mənə tədbir iştirakçılarına videomüraciət ünvanlamağa imkan yaratdığı üçün təşkilatçılara öz təşəkkürlərimi bildirmək istərdim.
 
2018-ci ilin yanvar ayında Zat-aliləri Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunun iclasında çıxışı zamanı bundan sonra ölkənin inkişafının innovasiya, texnologiya, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlığın dövlət tərəfindən  göstərilən dəstəkdən asılı olacağını bildirmişdir.
 
Biz "Bakutel" sərgi-konfransında İKT sektorunun inkişaf etməsi və yeni şirkətlərin meydana gəlməsi ilə bu sözlərin reallığa çevrildiyinin şahidi oluruq.
 
BTİ ilə işləmək üçün hər zaman öhdəliyinə sadiq qalan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümü bildirmək istərdim. Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu 2018 (WSIS Forum 2018) kimi BTİ-nin həyata keçirdiyi bir çox qlobal və regional təşəbbüsləri dəstəkləyir, "ITU Telecom World 2018"-də milli pavilyonla təmsil olunur və BTİ-nin rəhbər orqanının iclaslarında qərarların qəbul edilməsi prosesinə böyük töhfələr  verir. MDB regionu üzrə "ITU Regional Cyber Drill" tədbirinin 3-7 sentyabrda Bakıda keçirilməsindən məmnunluq duyuram.
 
Sizin əsas önəmli tranzit çıxışı təmin edəcək TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) kimi mühüm regional təşəbbüslərlə bağlı problemləri həll etmək üçün göstərdiyiniz səyləri BTİ dərin coşqu ilə alqışlayır.
 
"Bakutel" sahə liderlərinin bir araya gəlməsi və İKT-nin gələcəyi ilə bağlı parlaq ideyalarını, eləcə də özəl sektor üçün son nailiyyətləri və gələcək planlarını nümayiş etdirmək üçün gözəl imkanlar yaradan illik əsas forum olaraq qalmaqdadır.
 
Buna görə də hamınıza və "Bakutel 2018" tədbirinə uğurlar arzulayıram.






05/12/18    Çap et