Əməliyyat sistemləri bazarında lider məlum olub
“Windows 10” dünyada fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olmağa yaxındır. Ehtimal ki, 2018-ci ilin sonunda sözügedən sistem lider olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin noyabrına olan vəziyyətə görə, dünyada masaüstü kompüter və noutbukların 38,14%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 38,89% təşkil edir.
4,59% göstəriciyə malik “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb, “Windows XP” (4,23%) isə dördüncü olub. Fərdi kompüterlərin təxminən 0,3%-i “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Bir il bundan əvvəl “Microsoft”un nümayəndəsi məlumat vermişdi ki, 600 milyon qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov