Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Apple” qulaqcığı bədən temperaturunu və nəbzi ölçəcək


ABŞ-ın “Apple” şirkətinin yeni simsiz qulaqcığı insanın bədən temperaturunu və nəbzini müəyyənləşdirəcək sensorlarla təchiz ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, texnologiyaya görə, patent hüququnun alınması üçün müraciət ötən il edilsə də, icazə indi verilib. Yumşaq korpus xüsusiyyəti sayəsində universal qulaqcıq ondan hər iki qulaq üçün rahat istifadəyə imkan verəcək.

Məlumata görə, xüsusi ötürücülər qulaqcığın hansı birindən istifadə edilməsini müəyyənləşdirəcək. Bu, qurğuya stero səsin səsləndirmə kanalını müstəqil seçməyə imkan verəcək.

İnsan sağlamlığının vəziyyəti barədə informasiya toplayan sensorlar istifadəçini kritik məqamda təhlükə, məsələn, ürəktutma barədə məlumatlandırmaq üçün nəzərdə tutulub.

Yeni “AirPods” qulaqcığının növbəti ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır.

Nizam Nuriyev






07/12/18    Çap et